15 Haziran 2011 Çarşamba

GÖYDƏLƏNLƏR TİKƏN KOR TERMİTLƏR

Ter­mit­lər qa­rış­qa ki­mi ki­çik bö­cək­lər­dir, am­ma bu­na bax­ma­ya­raq on­lar çox ba­ca­rıq­lı­dır. Mə­sə­lən, şə­kil­lər­də gör­dü­yü­nüz qül­lə­yə­bən­zər hün­dür yu­va­la­rı bu ki­çik can­lı­lar ha­zır­la­mış­lar. Xa­ri­ci gö­rü­nü­şü­nə ba­xar­kən heç də zənn et­mə­yin ki, bu yu­va­lar sa­də­dir. Çün­ki ter­mit­lər yu­va­la­rı­nı ey­ni la­yi­hə əsa­sın­da ha­zır­la­yır­lar. Bu­ra­da ba­la ter­mit­lər üçün xü­su­si otaq­lar, man­tar ha­zır­la­yan hüc­rə­lər, ana ter­mi­tin ota­ğı və s. otaq­lar var. Ən əsas cə­hət isə ter­mit yu­va­la­rın­da ha­va­nı də­yiş­mək üçün xü­su­si bir ven­til­ya­si­ya sis­te­mi­nin ol­ma­sı­dır. Ter­mit­lə­rin də­ri­si çox in­cə ol­du­ğu üçün on­la­rın rü­tu­bət­li ha­va­ya eh­ti­ya­cı var.

HEYVANLARIN TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ

Al­la­hın tə­bi­ət­də ya­rat­dı­ğı mö­cü­zə­lər­dən bi­ri də can­lı­la­rın öz­lə­ri­ni qo­ru­maq üçün gör­dü­yü təh­lü­kə­siz­lik təd­bir­lə­ri­dir. Bə­zi can­lı­lar on­la­ra qar­şı ola­caq zə­rər­lə­ri əv­vəl­cə­dən də­qiq hiss edib müx­tə­lif qo­run­ma va­si­tə­lə­ri tət­biq et­mə qa­bi­liy­yə­ti­nə ma­lik­dir. Mə­sə­lən, bir az əv­vəl haq­qın­da da­nış­dı­ğı­mız ter­mit­lər yu­va­la­rı­nın di­var­la­rı­nı uçu­rul­ma­ya­caq qə­dər qa­lın və sərt ha­zır­la­yır­lar. To­xu­cu quş­lar isə yu­va­la­rı­nın gi­ri­şi­ni əsas düş­mən­lə­ri olan ilan­la­rın içə­ri gir­mə­si­nə ma­ne ola­caq for­ma­da ti­kir­lər. Bə­zi hö­rüm­çək­lər də yu­va­la­rı­nın için­də müx­tə­lif hüc­rə­lər ti­kir və içə­ri gi­rən di­gər hə­şə­rat­la­rı bu otaq­cıq­lar­da həbs edir­lər.

QARIŞQANIN GÖZLƏRİNDƏKİ KOMPAS

Ya­şa­dı­ğı­mız yer­dən baş­qa bir öl­kə­yə və ya baş­qa bir şə­hə­rə ge­dər­kən is­ti­qa­mə­ti­mi­zi tə­min edə­cək kö­mək­çi­lə­rə eh­ti­ya­cı­mız var. Xü­su­si­lə də get­di­yi­miz yer heç ta­nı­ma­dı­ğı­mız bir yer­dir­sə, müt­ləq kom­pa­sı­mız və xə­ri­tə­miz ol­ma­lı­dır. Xə­ri­tə in­sa­nın ha­ra­da ol­du­ğu­nu, kom­pas isə ha­ra ge­də­cə­yi­ni gös­tə­rir. 
Biz bun­lar­dan is­ti­fa­də edə­rək və mə­lu­mat­lı in­san­lar­la məs­lə­hət­lə­şə­rək yo­lu­mu­zu ta­pır, az­mı­rıq. Bəs di­gər can­lı­la­rın öz səm­ti­ni ne­cə tap­dıq­la­rı­nı heç fi­kir­ləş­mi­si­niz­mi? Mə­sə­lən, bir çöl­də qi­da ax­ta­ran qa­rış­qa­nın hər də­fə öz yu­va­sı­na ne­cə dön­dü­yü­nü heç fi­kir­ləş­mi­si­niz­mi?

QARIŞQA İLƏ QUŞUN MÖCÜZƏVİ İŞBİRLİYİ


Ya­şa­dı­ğı­mız hər yer­də səh­hə­ti­miz üçün təh­lü­kə ya­ra­dan və bi­zi xəs­tə­lən­di­rən mik­rob­lar var. Bu mik­rob­lar bi­zim­lə ya­na­şı baş­qa can­lı­lar üçün də təh­lü­kə ya­ra­dır. Bu sə­bəb­dən can­lı­lar da bi­zim ki­mi öz­lə­ri­ni qo­ru­ma­lı­dır. Əs­lin­də can­lı­la­rı də­rin­dən öy­rən­di­yi­miz za­man on­la­rın mik­rob­lar­dan qo­run­maq üçün bə­zi va­si­tə­lər­dən is­ti­fa­də et­di­yi­ni gö­rü­rük. Mə­sə­lən, qa­rış­qa­lar öz­lə­ri­ni mü­da­fiə et­mək üçün tər­ki­bin­də tur­şu olan mü­əy­yən mad­də ha­zır­la­yır. Bu mad­də mik­rob­la­rı zə­rər­siz­ləş­di­rir. Son­ra da tər­ki­bin­də tur­şu olan bu mad­də­ni öz bə­dən­lə­ri­nə və yu­va­la­rı­nın di­var­la­rı­na sür­tür­lər. Yə­ni yal­nız öz­lə­ri­nin de­yil, ya­şa­dıq­la­rı yu­va­nın da mik­rob­lar­dan tə­miz­lən­mə­li ol­du­ğu­nu yax­şı bi­lir­lər.

KİÇİK MÜHƏNDİS QUŞLAR

Ağac­la­rın üs­tün­də və ya göv­də­sin­də, bə­zən də ey­va­nı­nı­zın bir kün­cün­də qu­ru­lan quş yu­va­la­rı­nı yə­qin ki, çox gör­mü­sü­nüz. Bun­lar yal­nız si­zin bil­di­yi­niz bir ne­çə quş növ­lə­ri­nin yu­va­sı­dır. Am­ma yer üzə­rin­də o qə­dər quş nö­vü ya­şa­yır və on­lar o qə­dər müx­tə­lif yu­va­lar qu­rur ki, bu, ar­tıq üzə­rin­də dü­şü­nül­mə­si la­zım gə­lən bir möv­zu­dur.

QIŞ GÜVƏSİNDƏKİ İSİTMƏ SİSTEMİ

Qış fəs­li gə­lən­də dün­ya­nın so­yuq böl­gə­lə­rin­də ya­şa­yan bir çox hə­şə­rat nö­vü so­yuq və ya qi­da ça­tış­ma­maz­lı­ğı sə­bə­bi­lə məhv olur. Çün­ki hə­şə­rat­lar zə­rif can­lı­lar­dır, la­kin bu möv­zu­da bə­zi is­tis­na­lar da var. Mə­sə­lən, Ku­ku­mav gü­və­lə­ri kə­pə­nək­lə­rə bən­zər, ilk ba­xış­da çox zə­rif gö­rü­nən can­lı­lar­dır. La­kin on­lar əs­lin­də ən çə­tin qış şə­rai­tin­də də ya­şa­ma­ğa dö­züm­lü olan bə­dən qu­ru­lu­şu­na ma­lik­dir. Bu­na gö­rə də bu gü­və­lər «qış gü­və­lə­ri» ad­lan­dı­rı­lır.

ALABALIQ YOLUNU NECƏ MÜƏYYƏN EDİR?

Köç et­mə­yin yal­nız quş­la­ra xas ol­du­ğu­nu gü­man et­mək­lə səh­və yol ve­rir­si­niz. Bu bö­lüm­də si­zə köç edən də­niz can­lı­la­rın­dan ala­ba­lıq­la­rın ma­cə­ra­la­rın­dan bəhs edə­cə­yik. Ala­ba­lıq­lar ta­ma­mi­lə çay­lar­da, ana­la­rı­nın tök­dü­yü kü­rü­lər­dən çı­xa­raq dün­ya­ya gə­lir. Dün­ya­ya gəl­dik­lə­ri bu yer­də bir ne­çə həf­tə ər­zin­də ov et­mək­lə bö­yü­yür­lər. Son­ra isə hə­min ça­yın axı­nı ilə irə­li­lə­mə­yə baş­la­yır­lar. Də­ni­zə doğ­ru bu sə­fər­lə­ri za­ma­nı bənd­lər­lə və çirk­li su­lar­la qar­şı­la­şır, on­la­rı ov­la­maq is­tə­yən bö­yük ba­lıq­lar ki­mi müx­tə­lif təh­lü­kə­lər­dən keç­mə­yə ça­lı­şır­lar.